Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Ş.Cavadsoy/
Son günlər NEXT qrupunun tədbirlərdə, məclislərdə 3 nəfər olaraq görünməsi tamaşaçılarda maraq doğurur.
Qrupun mətbuat katibi Aysər Həsənlinin verdiyi məlumata görə, NEXT-in trio şəklində fəaliyyət göstərməsi müvəqqətidir.
Trend-in məlumatına görə, hazırda qrup üçlük şəklində işlərini davam etdirir. Qrupdan uzaqlaşan üzvün kimliyinə gəlincə, bu, Əlidir. Əlinin son günlər qrupla birgə görünməməsinin səbəbi səhhətində yaranan problemlərdir. Lakin aldığımız xəbərə görə, NEXT bu günlərdə yenidən kvartet şəklində tamaşaçıların qarşısına çıxacaq.