...

Azərbaycanda nadir uşaq muzeyi yaradılacaq

Mədəniyyət Materials 10 Yanvar 2011 17:34 (UTC +04:00)
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi nəzdində nadir və dünyada hələ ki yeganə olan uşaq muzeyi yaradılacaq. Bu muzeydə uşaqlar üçün müxtəlif incəsənət növləri təbliğ olunacaq. Bu barədə Trend-ə Xalça Muzeyinin elmi katibi Gülşən Hüseynova bildirib.
Azərbaycanda nadir uşaq muzeyi yaradılacaq

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Hüseynzadə/

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi nəzdində nadir və dünyada hələ ki yeganə olan uşaq muzeyi yaradılacaq. Bu muzeydə uşaqlar üçün müxtəlif incəsənət növləri təbliğ olunacaq. Bu barədə Trend-ə Xalça Muzeyinin elmi katibi Gülşən Hüseynova bildirib.

Uşaq muzeyində uşaqlar üçün müxtəlif incəsənət nümunələri olacaq, xüsusilə də dekorativ-tətbiqi incəsənət üzrə xalçaçılığın təbliği aparılacaq. Muzeyun nəzdində uşaq teatrı da fəaliyyət göstərəcək. Teatrda artıq iki tamaşa da göstərilib.

Milli parkda yeni binada yerləşən Xalça Muzeyi bu ilin ikinci yarısında tam fəaliyyətə başlamağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti