...

Aygün Kazımovadan bir dollarlıq mükafat (FOTO)

Mədəniyyət Materials 8 Fevral 2011 16:31 (UTC +04:00)
Aygün Kazımova, Aygün Kazımova, yenə də Aygün Kazımova... Azərbaycan xalq artisti, tanınmış estrada müğənnisi olan bu xanım barədə hər dəfə xəbər verəndə mütləq oxucular arasında əsl rezonans yaratmağa müvəffəq oluruq. Xatırlayırsınızsa, bugünlərdə Aygün xanımın yaşlı bir fanatına restoranların birinin çıxışında, onun mobil telefonuna verdiyi müsahibəsi haqda reportaj təqdim etmişdik (http://az.trend.az/news/mvsb/1822427.html).
Aygün Kazımovadan bir dollarlıq mükafat (FOTO)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir Ş.Cavadsoy/

Aygün Kazımova, Aygün Kazımova, yenə də Aygün Kazımova... Azərbaycan xalq artisti, tanınmış estrada müğənnisi olan bu xanım barədə hər dəfə xəbər verəndə mütləq oxucular arasında əsl rezonans yaratmağa müvəffəq oluruq. Xatırlayırsınızsa, bugünlərdə Aygün xanımın yaşlı bir fanatına restoranların birinin çıxışında, onun mobil telefonuna verdiyi müsahibəsi haqda reportaj təqdim etmişdik (http://az.trend.az/news/mvsb/1822427.html).

Ətrafdakıların diqqətini hər zaman asanlıqla özünə çəkməyə müvəffəq olan Aygün Kazmova yenə də öz ampluasına sadiq qaldı. Avtomobilinə əyləşib mühərriki yenicə işə salmışdı ki, başının üstünü dayanacağın işçısı kəsdirdi. "Stayanşik"in sevincini gözlərindən oxumaq olardı. Axı qarşısına həmişə televizordan gördüyü Aygün Kazımovanı canlı görmək şansı çıxmışdı. Avtodayancaqların yazılmamış qanunlarını pozmayan pop-diva "borcum nə qədərdir?" sualını ünvanlasa da, qarşı tərəfdən "bütün yerlər sizə qurbandı Aygün xanım, sürün gedin" cavabını eşitdi. Sevimli müğənninin əvvəlcədən hansı qərarlar verəcəyini müəyyənləşdirmək çətin olduğundan hamı onun nə edəcəyini səbrsizliklə gözləyirdi. "Show N:1" mahnısından "bu gecə olanlar olacaq" sözlərini özünəməxsus şəkildə dilə gətirən xalq artisti əlini çantasına uzatdı. Və 1 ABŞ dolları çıxarıb fanatı təsiri bağışlayan avto-dayanacaq gözətçisinə verdi. Zarafatcıl "stayanşik" "Aygün xanım, bu pulu dəyişə bilərsizin? Bir rəqəminin yanındakı sıfırlar yoxdur axı" dedi. Söz altında qalmayan Kazımova "bilirsiz, sıfırların təcili işi var idi. Gedəsi yerləri olduğundan yox olublar. Mütləq onları tapıb 1-in ardına düzüb sizə çatdıracağam" dedi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti