...

Əməkdar artist Sənubər İsgəndərlini Ümumdünya Pişiklər Günündə kədərləndirən nə oldu?

Mədəniyyət Materials 1 Mart 2011 18:19 (UTC +04:00)
1 mart - Ümumdünya Pişiklər Günü olsa da bu gündən xəbərsiz olan Azərbaycan vətəndaşlarının sayı kifayət qədərdir.
Əməkdar artist Sənubər İsgəndərlini Ümumdünya Pişiklər Günündə kədərləndirən nə oldu?

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Ş.Cavadsoy/

1 mart - Ümumdünya Pişiklər Günü olsa da bu gündən xəbərsiz olan Azərbaycan vətəndaşlarının sayı kifayət qədərdir. Ev heyvanlarına sevgi ilə yanaşan insanlar arasında tanınmış incəsənət adamları da çoxluq təşkil edirlər. Əksər sənətçilər əsasən evlərində it saxlasalar da, pişiyi əzizləyən populyar simaların da sayı azlıq təşkil etmir. Məlumatlı idik ki, Azərbaycanın məşhur "qlamur" xanımlarından biri hesab edilən, Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli də uzun illərdən bəri evində pişik saxlayır. Pişiyinin bayramı münasibətilə aktrisanı təbrik etmək məqsədi ilə ona zəng etdiyimiz zaman çox üzücü bir xəbər eşitdik.

"Mimi" adlı pişiyimin cinsi "türk anqorası A" idi. Xarakercə bütün pişiklərdən seçilirdi. Məxsusi ədası var idi. "Dəymə mənə, özüm bilərəm" şüarı ilə yaşayırdı. Heyf ki, yay mövsümündə bağa köçdüyümüz zaman onu itirdim. Özü izib itmişdi, ya da oğurlamışdılar. Bu barədə heç nə öyrənə bilmədim. Çox axtardım, amma nəticəsi olmadı", - Sənubər İsgəndərli dedi.

Trend-in "bəs, nə üçün başqa bir pişik götürüb, onu sevginizlə böyütmək istəmirsiniz" sualını əməkdar artist gözləmədiyimiz müqayisəsi ilə cavablandırdı. "Belə bir fikrim yoxdur. Çünki balaca bir "pişiyim" var ailəmdə, adı da Nəzrindir (gülür). Hələ ki, ancaq sevgimi onunla bölüşürəm (Nəzrin aktrisanın nəvəsidir - red.) İnanın, bu balaca "pişiyim" mənim aləmimdə bütün pişikləri əvəz edir", - İsgəndərli əlavə etdi.

Söhbətimiz zamanı Sənubər xanım gizlətmədi ki, o, 1 mart tarixinin pişiklər üçün əlamətdar gün oluğunu bilmir. "Ümumilikdə götürsək, Avropada heyvanlara münasibət başqa cürdür. Əsl alqışa layiq. Ancaq açıq demək lazımdırsa, bu qayğının bizdə olmaması haradasa heyvanları qorumağa çalışan bir vənətdaş kimi üzür məni. 1 mart tarixinin beynəlxalq aləmdə pişiklər günü olması haqqında isə məlumatım yox idi. Amma insan başda olmaqla, Allahın yaratdığı bütün canlılara, xüsusən də heyvanlara qarşı çıxmaq olmaz. Pişiklərə arzularımı insanlara yönəldib fikrimi belə izah etmək istəyirəm. Nəinki pişiklərə, növündən asılı olmayaraq bütün heyvanlara qarşı diqqətli və mehriban olsunlar həmişə. Pşiklərə isə qarınlarının tox, yerlərinin isti olmasından başqa nə arzulamaq olar ki?" - əməkdar artist ürək sözlərini belə tamamladı.

Xəbər lenti

Xəbər lenti