...

Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Mədəniyyət Materials 23 May 2011 11:34 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycan Mədəniyyəti Günləri mayın 26-da yekunlaşacaq.
Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycan Mədəniyyəti Günləri mayın 26-da yekunlaşacaq.

Mədəniyyət Günlərində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edir.

Tədbirlərdə iştirak edəcək nümayəndə heyətinin tərkibinə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, eləcə də parlament və icra hakimiyyəti nümayəndələri də daxildirlər.

Mədəniyyət Günləri çərçivəsində təşkil olunacaq tədbirlərdə rəsmi və işçi qrupla yanaşı, məşhur solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Azərbaycan Dövlət Kamera Orkestrinin musiqiçiləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti