...

"Next" qrupu kimi ölümlə hədələyir? (VİDEO)

Mədəniyyət Materials 11 İyul 2011 17:16 (UTC +04:00)
Dörd istedadlı və gənc oğlandan ibarət Azərbaycanın populyar pop-qrupu "Next" əcnəbi radio dalğalarından birinin qonağı olacaq.
"Next" qrupu kimi ölümlə hədələyir? (VİDEO)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Dörd istedadlı və gənc oğlandan ibarət Azərbaycanın populyar pop-qrupu "Next" əcnəbi radio dalğalarından birinin qonağı olacaq.

Qrupun mətbuat katibi Aysər Həsənlinin Trend-ə verdiyi məlumata görə, onlar iyulun 11-də Norveçin "Inter Fm" radiosunun internetlə yayımlanacaq canlı efirində çıxış edəcəklər.

"Bakı vaxtı ilə saat 23:00-dan etibarən 2 saat ərzində yayımlanacaq verilişdə fanatlar əlaqə yaradaraq öz suallarını kumirlərinə ünvanlaya biləcəklər. Proqramda "Next"çilər yeni mahnısını ilk dəfə olaraq "İnter FM"-də dinləyicilərə təqdim edəcəklər. Novreç radiosunda yayımlanacaq "Mən səni öldürəcəm" mahnısının musiqisi Tural Bayraməliyevə, sözləri isə Hüseyn Cavadzadəyə məxsudur", - Aysər Həsənli belə dedi.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti