...

Azərbaycanın gənc müğənnisi məhşur türk aktyorla birlikdə (FOTO)

Mədəniyyət Materials 21 İyul 2011 17:30 (UTC +04:00)
Azərbaycanın gənc müğənnisi Roza Zərgərli "İstanbul qızı" mahnısına klip çəkdirib.
Azərbaycanın gənc müğənnisi məhşur türk aktyorla birlikdə (FOTO)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın gənc müğənnisi Roza Zərgərli "İstanbul qızı" mahnısına klip çəkdirib. Bu barədə Trend-ə məlumat verən müğənni deyib ki, klip çəkilişləri İstanbulda baş tutub.

Klipin rejissoru Orman Çingizoğlu, prodüseri Abbas Quliyevdir. Müğənni klipdə stilist Anar Ağakişiyev və modelyer Ramazzo ilə çalışıb.

Roza Zərgərli deyib ki, klipdə məşhur türk aktyor Erol Günaydın da rol alıb. Çəkilişlər Bosfor boğazında və Türkiyənin Böyükada adasında aparılıb.

Klipdə Erol Günaydın gəmi kapitanı olub. Rolunu ürəkdən oynayan aktyor çəkilişdə həqiqətən ağlayıb.

"Erol Günaydın həmişə klip çəkilişlərindən imtina edib. Cəmi bir dəfə Emre Altuğun klipində çəkilməyə razılıq verib. Azərbaycandan gələn təklif isə ürəyincə olub, çünki azərbaycanlılarla işləməyi arzu edirmiş", - Roza Zərgərli türk aktyor barədə deyib.

Xəbər lenti

Xəbər lenti