...

Müğənni Nadir Qafarzadədən Milli Qəhrəman Mübariz İbrahimovun igidliyindən bəhs edən mahnı (VİDEO)

Mədəniyyət Materials 30 İyul 2011 14:32 (UTC +04:00)
Populyar estrada müğənnisi Nadir Qafarzadə Azərbaycanın Milli Qəhrəmanı, mərhum Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş vətənpərvərlik ruhunda yazılmış "Mübariz" mahnısına klip çəkdirib.
Müğənni Nadir Qafarzadədən Milli Qəhrəman Mübariz İbrahimovun igidliyindən bəhs edən mahnı (VİDEO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Populyar estrada müğənnisi Nadir Qafarzadə Azərbaycanın Milli Qəhrəmanı, mərhum Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş vətənpərvərlik ruhunda yazılmış "Mübariz" mahnısına klip çəkdirib. Müğənninin mətbuat katibi Kazım Bağırovun Trend- ə verdiyi məlumata görə, sözügedən mahnını geniş tamaşaçı auditoriyasına klip kimi təqdim etmək Qafarzadənin öz istəyindən irəli gəlir.

"Nadir həddindən artıq Vətəninə, torpağına bağlı sənətçidir. Çoxdan arzulayırdı ki, repertuarında Azərbaycanın igid oğullarına həsr olunmuş mahnılar yer alsın. Odur ki, şəxsən özü bir neçə bəstəkara müraciət etmişdi. Nəhayət ki, istəyinə çatdı. Belə ki, musiqisi Rabil Səfərliyə, sözləri Rauf Sübhiyə məxsus olan "Mübariz"adlı vətənpərvərlik ruhunda yazılmış mahnını ifa etdi. Adından da göründüy ükimi ,musiqi ölümün gözünə dik baxmış Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunub. Nadirin istəyi ilə mahnı radio dalğalarından deyil, birdəfəlik kliplə tamaşaçıların ixtiyarına verildi. Rejissoru Nail Naiboğlu, operatoru Elmir Süleymanov, prodüseri Pərviz Oqtayoğlu olan klipin çəkilişləri Mübarizin doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndindən başlayıb, məzarının olduğu II Fəxri xiyabanda yekunlaşıb. Rəşad Həsənovun montaj etdiyi ekran işində Mübarizin şücaəti və Azərbaycan Ordusunun böyük qüdrətə sahib olması öz əksini tapıb. Mahnının sonuna SSRİ -nin xalq artisti, mərhum Müslüm Maqomayevin ifasında ikinci himnimiz kimi qəbul edilən "Azərbaycan" əsərindən kiçik bir parça da əlavə olunub. Nəticə etibar ilə görülən iş Nadir Qafarzadənin ürəyincədir . Ümidvarıq ki, tamaşaçılar ərsəyə gətirilmiş ekran işinə öz layiqli qiymətlərini verəcəklər" , -mətbuat katibi belə dedi.

"Mübariz" klipini internetdə ilk dəfə olaraq Trend vasitəsilə seyr edə bilərsiniz.

Zəruri qeyd: İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

1994-2005-ci illərdə Əliabad kənd orta məktəbində təhsil alıb.

2005-ci ildə Daxili Qoşunların N saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə hərbi xidmətə başlayıb. 2007-ci ildə hərbi xidməti başa vurandan sonra bir müddət mülki işlərdə işləyib.

2009-cu ilin avqustunda öz arzusu ilə yenidən hərbi xidmətə gedib.

2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətə başlayıb. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində İbrahimov əməliyyat zamanı 1 kilometrlik neytral məsafəni (minalanmış sahəni) tək keçib, düşmənin əsgər və zabitini məhv edib.

19 iyun 2010-cu il tarixində Ermənistan hərbçiləri ilə döyüşdə qəhrəmancasına həlak olub.

Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Biləsuvar şəhərindəki mərkəzi küçələrdən birinə, şəhərdəki xüsusi istedada malik uşaqlar üçün lisey-məktəbə onun adı verilib.

İbrahimovun meyiti ötən il noyabrın 6-da Azərbaycana təhvil verilib, noyabrın 7-də II Fəxri xiyabanda dəfn olunub.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti