...

Akif İslamzadənin qonaqları səbrsizlikə iftar vaxtını gözləyirlər

Mədəniyyət Materials 8 Avqust 2011 18:09 (UTC +04:00)
8 avqust tarixində 63 yaşını qeyd edən Azərbaycan estradasının canlı korifeyi Akif İslamzadə bu axşam bütün qonaqlarını Buzovna kədində, dostlarından birinin bağında iftar süfrəsi ətrafına toplayacaq
Akif İslamzadənin qonaqları səbrsizlikə iftar vaxtını gözləyirlər

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Ş.Cavadsoy/

8 avqust tarixində 63 yaşını qeyd edən Azərbaycan estradasının canlı korifeyi Akif İslamzadə bu axşam bütün qonaqlarını Buzovna kədində, dostlarından birinin bağında iftar süfrəsi ətrafına toplayacaq. İslamzadə ən xoş günündə ürək sözlərini Trend oxucuları ilə bölüşdü: "Şadam ki, yaşımın üstünə bir yaş gəldi və mən doğmalarımın əhatəsindəyəm. Mobil telefonuma gələn saysız-hesabsız təbriklərin ardı-arası kəsilmir. Demək, hələ də Akif İslamzadə sənətini sevənlər var. Dostlarımız, ailə üzvlərimiz bağa yığışmışıq. Ramazan günləri olduğu üçün qonaqlar iftar vaxtını gözləyirlər. Allah hamıya can sağlığı versin, əmin-amanlıq içində yaşayaq bu müqəddəs ayımızı. Məni təbrik edənlərə təşəkkürümü bildirin".

Mərhum xanəndə, xalq artisti Sara Qədimovanın oğlu olan Akif İslamzadə Azərbaycan Dövlət İqtisad İnstitunun məzunu olub. Müğənninin mərhum musiqiçi Rafiq Babayevin dəstəyi ilə sənətə gəlib. Akif müəllim 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalçısı kimi səhnədə ilk addımlarını atıb. Dörd ildən sonra Azərbaycan Televiziyasının nəznində fəaliyyət göstərən Tofiq Əhmədovun simfonik orkestrinə dəvət alıb və uzun illər ortkestrin solisti olub.
1986-cı ildə səsini itirən Akif İslamzadə səhhəti ilə əlaqədar fəaliyyətinə məcburi fasilə verib. O, 1992-1993-cü illərdə Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti