...

Muğam ifaçısı da toyunda jurnalistlərə qadağa qoydu

Mədəniyyət Materials 12 Sentyabr 2011 18:56 (UTC +04:00)
Gənc xanəndə, I Ümumrespublika muğam müsabiqəsinin üçüncüsü olmuş Babək Niftəliyev bu gün subaylıqla vidalaşır.
Muğam ifaçısı da toyunda jurnalistlərə qadağa qoydu

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Gənc xanəndə, I Ümumrespublika muğam müsabiqəsinin üçüncüsü olmuş Babək Niftəliyev bu gün subaylıqla vidalaşır. Paytaxt restoranlarının birində keçiriləcək toy dəbdəbədən uzaq, özü də medianın iştrakı olmadan baş tutacaq.

Bəy kürsüsündə əyləşəcək Babək Trend-ə açıqlamasında nə səbəbdən belə qərara gəldiyini izah etməyə çalışdı. "Əsasə,n qohumlarımın qatılacağı məclis sırf ailəvi toy olacağı üçün jurnalistlərin gəlişini istəmədim. Bunu həm də qonaqların rahatlığı üçün etdik. İnanın, məclisim çox sadə olacaq. Tanınmış sənətçilər qonaq kimi dəvət olunsalar da, qeyri-adi heç nə gözlənilmir", - Niftəliyev dedi.

Valideynlərinin məsləhəti ilə ailə quracaq müğənninin seçdiyi xanım da elə yaxın qohumlarından biridir. Toyu işıqlandırmağa qadağa qoyan xanəndə, gələcək həyat yoldaşı haqqında da danışmaq arzusunda olmadı. Nə deyirik, Allah xoşbəxt eləsin!

Xəbər lenti

Xəbər lenti