...

Aktyor Anar Heybətov 35 illik yubileyindən imtina etdi

Mədəniyyət Materials 26 Sentyabr 2011 20:19 (UTC +04:00)
Sentyabrın 25-də Akademik Milli Dram Teatrının aktyoru, bir neçə filmdə yaratdığı cəsur obrazları ilə tamaşaçı sevgisi qazanmış Anar Heybətovun 35 yaşı tamam oldu.
Aktyor Anar Heybətov 35 illik yubileyindən imtina etdi

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Sentyabrın 25-də Akademik Milli Dram Teatrının aktyoru, bir neçə filmdə yaratdığı cəsur obrazları ilə tamaşaçı sevgisi qazanmış Anar Heybətovun 35 yaşı tamam oldu. Şəxsi həyatında baş verən əlamətdar hadisəni adi günlərdən biri kimi qeyd edən Anar bunun səbəbləri barədə Trend-ə belə dedi.

"2011-ci ildə anam vaxtsız olaraq dünyasını dəyişdi. Bu cür kədərin təsiri altında ad günümü qeyd etməyi ağlımdan belə keçirmədim. 35 yaşım olsa da, yubileyimi sıradan təqvim günü kimi tarixə yazdım. Həmişəki kimi teatra getdim. Tamaşa bitəndən sonra dostlarımın sürprizi ilə qarşılaşdım. Hamılıqla şamlarla bəzədilmiş tortu üfürüb dadına baxdıq. Və beləcə 36 yaşa qədəm qoydum. Bu arada mobil telefonlarıma zəng edib mesaj yazan insanlara, o cümlədən "Facebook" sosial şəbəkəsində 500-ə yaxın dostlarıma diqqətlərinə görə təşəkkür edirəm. Sağ olsunlar", - Anar fikirlərini belə tamamladı.

Xəbər lenti

Xəbər lenti