...

Rəhim Rəhimli döyülərək xəstəxanaya aparılması məsələsinə aydınlıq gətirib

Mədəniyyət Materials 10 Oktyabr 2011 16:20 (UTC +04:00)
Populyar estrada müğənnisi və bəstəkar, fəaliyyətini həm də teleaparıcı kimi davam etdirən Rəhim Rəhimli haqqında səhərdən müxtəlif şayiələr dolaşmağa başlayıb.
Rəhim Rəhimli döyülərək xəstəxanaya aparılması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Populyar estrada müğənnisi və bəstəkar, fəaliyyətini həm də teleaparıcı kimi davam etdirən Rəhim Rəhimli haqqında səhərdən müxtəlif şayiələr dolaşmağa başlayıb. Trend-ə daxil olan məlumatlara görə, oktyabrın 10-da naməlum şəxs və ya şəxslər müğənnini Bakı şəhəri, Nizami küçəsindəki evindən çıxdığı zaman döyüblər. İddialara görə bədən xəsarətləri alan sənətçi xəstəxanaya da yerlədirilib.

Trend-ə açıqlamasında eşitdiklərindən şoka düşdüyünü söyləyən Rəhimli, barəsində yalan xəbər yayanları qınamaqdan da çəkinmədi. "Nə deyim? Allah bəlalarını verəcək o insanların. Yatmışdım, dostlarım yuxudan oyatdılar ki, saytlarda döyülməyimlə bağlı xəbərlər yenilərək yayılmaqda davam edir. Əvvəlcə şoka düşdüm, sonra güldüm. Belə yalan məlumatları yaymaqla bəzi bədxahlar nəyə nail olmaq istəyirlər? Həmişəki gümrahlığımla günümü yaşayır, işlərimlə məşğulam. Pərəstişkarlarım onsuz da bu cür yalanlar eşitməyə öyrəniblər. Amma bu məsələnin bir sonu olmalıdır. Fikrimdə qətiyəm. Bir daha buna oxşar iftiralı informasiya yayılarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm ki, yalançı dələduzları tapmaqda mənə kömək etsinlər. Bəlkə o zaman yaxamdan əl çəkərlər", - Rəhim Rəhimli odlu-alovlu fikirlərini belə tamamladı.

Xəbər lenti

Xəbər lenti