...

"Sinoptik" Kamilə Babayevanı əvəzləyəcək (FOTO)

Mədəniyyət Materials 11 Oktyabr 2011 19:37 (UTC +04:00)
Kamilə Babayeva Lider TV-də yenidən yayımlanacaq "Zəif bənd" intellektual-şousunda aparıcı kimi görünəcəyi barədə fikirlərə şərh verdi.
"Sinoptik" Kamilə Babayevanı əvəzləyəcək (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Tanınmış teleaparıcı, hazırda "Aramızda qalsın" serialında yaratdığı Yeganə obrazı ilə özünü aktrisa kimi sınayan Kamilə Babayeva Lider TV-də yenidən yayımlanacaq "Zəif bənd" intellektual-şousunda aparıcı kimi görünəcəyi barədə fikirlərə şərh verdi.

"Zəif bənd" layihəsi bir mərhələ idi ki, onu keçdim. Hesab edirəm ki, 3 televiziya mövsümü boyunca layihədə aparıcı kimi öz missiyamın öhdəsindən layiqincə gəldim. İndi yerimdə kim olacaqsa, bəri başdan uğurlar arzulayıram. Sözsüz ki, yaradıcı heyəti də unutmamaq şərti ilə. "Aramızda qalsın" serialı üzündən hər günüm çox gərgin iş qrafiki ilə keçir. Demək olar ki, həftənin hər günü çəkilişlərimiz olur. İstəsəm də boş vaxt tapa bilmirəm. Amma fikrim var ki, yaxınlarda öz adımla bağlı tok-şou hazırlayım. Hazırlıq mərhələsi belə, başlamadığı üçün indidən açıqlama verməyim düzgün olmaz. Çox istərdim ki, təkcə əyləncəli şou olmasın, gənclərin maariflənməsinə xidmət edəcək proqramla tamaşaçı qarşısına çıxım", - Kamilə belə dedi.

Trend olaraq öyrənə bildik ki, son tamamlanma işləri gedən "Zəif bənd"də oyunçuları biliklərinə görə sınağa çəkmək Lider TV-də hava proqnozunun aparıcısı Solmaz adlı gənc xanıma tapşırılıb. "Sinoptik"in Kamilə Babayevanı necə əvəzləyə biləcəyi barədə indidən proqrnoz vermək çox çətindir.

Xəbər lenti

Xəbər lenti