...

Bakıda Yeni il ərəfəsində möhtəşəm şou olacaq

Mədəniyyət Materials 17 Noyabr 2011 17:55 (UTC +04:00)
Heydər Əliyev sarayında 29-30 dekabr 2011-ci il tarixlərində uşaqlar üçün möhtəşəm Yeni il şou-şənlikləri keçiriləcək.
Bakıda Yeni il ərəfəsində möhtəşəm şou olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Heydər Əliyev sarayında 29-30 dekabr 2011-ci il tarixlərində uşaqlar üçün möhtəşəm Yeni il şou-şənlikləri keçiriləcək.

Sarayın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şənlikdə respublikanın ən tanınmış rəqs kollektivləri və estrada ulduzları iştirak edəcəklər. "Renessans" rəqs teatrı, "Asiman" rəqs qrupu, uşaq muğam və aşıq ifaçıları öz yeni rəqsləri, musiqiləri ilə uşaqları sevindirəcəklər.

Proqramın musiqili qonaqları xalq artisti Faiq Ağayev və əməkdar artist Tünzalə Ağayeva olacaqlar.

Sarayın səhnəsində böyük şam ağacı quraşdırılacaq.

Respublikanın ən maraqlı Yeni il şənliyində Şaxta baba və Qar qız da uşaqları təbrik edənlərin sırasında olacaqlar.

Bundan əlavə, Yeni il şənliyinin iştirakçılarını maraqlı sürprizlər gözləyir.

Biletlər artıq satışdadır.

Xəbər lenti

Xəbər lenti