...

Bakıda "Eurovision muzeyi" yaradılır

Mədəniyyət Materials 30 Yanvar 2012 17:17 (UTC +04:00)
Bakıda "Eurovision" mahnı müsabiqəsi ərəfəsində "Eurovision muzeyi" nin açılışı nəzərdə tutulub.
Bakıda "Eurovision muzeyi" yaradılır

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bakıda "Eurovision" mahnı müsabiqəsi ərəfəsində "Eurovision muzeyi" nin açılışı nəzərdə tutulub.

Trend-in bazar ertəsi "Eurovision 2012" müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, muzey Bakı Biznes Mərkəzində "Eurovision mərkəzi" nəzdində yaradılacaq.

Muzeydə müsabiqənin 57 illik tarixini, eləcə də Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində iştirakını əhatə edən eksponatlar toplanacaq.

Muzeyin fevralın 15-dək açılışı nəzərdə tutulur.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.
May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti