...

Bakıda İran kinosu günləri keçirilir

Mədəniyyət Materials 6 Fevral 2012 17:21 (UTC +04:00)
İran İslam İnqilabının qələbəsinin 33-cü ildönümü münasibətilə Bakıda İran kinosu günləri keçirilir.
Bakıda İran kinosu günləri keçirilir

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir T.Cəfərov/

İran İslam İnqilabının qələbəsinin 33-cü ildönümü münasibətilə Bakıda İran kinosu günləri keçirilir.

Trend-in məlumatına görə, tədbir fevralın 6-7-də davam edəcək.

Mərasimin açılışında çıxış edən İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri İran kinosunun əxlaqi və mənəvi dəyərlərə üstünlük verdiyini, əxlaqsızlıq və zorakılıqdan uzaq olduğunu deyib.

O qeyd edib ki, İranda il ərzində 100-dən çox uzunmetrajlı kino istehsal olunur. Prezidentin göstərişi ilə bu rəqəmin 300-ə çatdırılması nəzərdə tutulur. İran kino istehsalı üzrə dünyada 13-cü yeri tutur.

Nuri İran kinosunun inkişafından danışaraq qeyd edib ki, İran kinematoqraflarının Azərbaycan kinematoqrafları ilə əməkdaşlığı nəticəsində 3 müştərək film - "İtkin pay", "Tərsinə zaman", "8-ci səma" çəkilib.

O, həmçinin İran kinosunun Azərbaycanda maraqla izləndiyini deyib.

Tədbirdə Azərbaycanın kino rejissorları, aktyorları iştirak edib və sonda film nümayiş etdirilib. Azərbaycanlı kinoşünas Ayaz Salayev İran kinosunun inkişafından danışıb.

Xəbər lenti

Xəbər lenti