...

"Eurovision 2012" mahnı müsabiqəsinə dəstək naminə gənclərin təşəbbüs qrupu yaradıldı

Mədəniyyət Materials 15 Fevral 2012 14:27 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinə dəstək naminə "Step in" gənclər təşəbbüs qrupunun təqdimat mərasimi keçirilib.
"Eurovision 2012" mahnı müsabiqəsinə dəstək naminə gənclərin təşəbbüs qrupu yaradıldı

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/

"Eurovision 2012" mahnı müsabiqəsinə dəstək naminə "Step in" gənclər təşəbbüs qrupunun təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən qrupun rəhbəri Şahin Seyidzadə qeyd edib ki, "Step in" gənclər təşəbbüs qrupunun əsas məqsədi gənclər tərəfindən verilən ideyaları bir araya gətirməkdir.

Onun sözlərinə görə, təşəbbüs qrupunun bir neçə ideyası var.

"Biz düşündük ki, gənclər bu yarışdan kənarda qalmamalıdırlar. Biz bunları həyata keçirmək niyyətindəyik. Həmçinin biz regionda olan gəncləri də Azərbaycanın təbliğatına cəlb etmək niyyətindəyik. Təşəbbüs qrupunun yaranmasının əsas səbəbi Azərbaycan gənclərinin potensialını, gənclərin "Eurovision 2012"-dən kənarda qalmaq istəməməsini və bu böyük tədbirin bir hissəsi olmaq istəyini nümayiş etdirməkdir. Təşəbbüs qrupu hər bir gənc üçün açıqdır", - Seyidzadə əlavə edib.

Tədbirdə çıxış edən təşəbbüs qrupunun üzvü Nərgiz Hüseynova qeyd edib ki, "Eurovision" la bağlı tədbirlər Azərbycan üçün müsbət imic yaradacaq.

Gənc rejissor Elgün Camal tədbirdə çıxış edərək bildirib ki, yarış zamanı Azərbaycanın təbliğatı üçün müxtəlif çarxlar çəkiləcək.

Tədbirdə çıxış edən təşşəbüs qrupunun digər üzvləri qrupa digər gənclərin də qoşulmasının labüd olduğunu deyib.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.

"Eurovision 2012" mahnı müsabiqəsinin yarımfinalı bu il mayın 22 və 24-də, finalı isə mayın 26-da Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti