...

Makedoniya "Eurovision" mahnısını fevralın 29-da təqdim edəcək

Mədəniyyət Materials 25 Fevral 2012 17:00 (UTC +04:00)
Makedoniya "Eurovision" mahnısını fevralın 29-da təqdim edəcək.
Makedoniya "Eurovision" mahnısını fevralın 29-da təqdim edəcək

Azərbaycan, Bakı, 25 fevral /trend/

Makedoniya "Eurovision" mahnısını fevralın 29-da təqdim edəcək.

Trend-in şənbə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, "Qara və ağ" adlanan mahnının təqdimatı Makedoniya televiziyasında xüsusi şou proqramda olacaq.

"Əslində həyatda hər şey daha sadə ola bilər. Sadəcə, biz insanlar həyatı mürəkkəbləşdirməkdə ustayıq", - Makedoniyanın "Eurovision 2012" təmsilçisi Kaliopi may ayındakı şouda ifa edəcəyi mahnısının mövzusu ilə bağlı belə açıqlama verib. Bundan əlavə o, mahnıda təmsil etdiyi xalqa məxsus elementlərin qabardıldığını bildirib.

Mahnının bəstəkarı Roman Grilldir. Müğənni onunla ilk musiqi albomunun hazırlıqları vaxtından əməkdaşlıq edir. Kaliopinin uğurlu hitləri olsa da, "Eurovision" səhnəsi üçün yenidən mahnı axtarışına çıxıb. İlk yaradıcılıq prosesində müxtəlif bəstəkarlardan ideyalar toplayıb.

Kaliopi ölkəsini Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu ilə 6 dəfə milli seçimlərə qatılıb. Lakin müğənni məhz bu il "Eurovision" müsabiqəsində ölkəsini təmsil etməkdən məmnundur. O, bunun səbəbini digər ölkələrin builki təmsilçilərindən çoxu ilə dostluq etməsi ilə əlaqələndirib. Nina Badriç, Zeljko Yoksimoviç, Maya Sar, Rambo Amadeus onun yaxın dostları sırasındadır. Ona görə də "Eurovision 2012" Kaliopi üçün xüsusi əhəmiyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti