...

Almaniyanın "Eurovision" təmsilçisi Azərbaycanla tanış olmaq və çimərliyə getmək arzusundadır

Mədəniyyət Materials 17 Mart 2012 14:35 (UTC +04:00)
"Eurovision-2012" mahnı müsabiqəsinin almaniyalı təmsilçisi Roman Lob Bakıda dünya musiqiçiləri ilə görüş anını səbirsizliklə gözləyir.
Almaniyanın "Eurovision" təmsilçisi Azərbaycanla tanış olmaq və çimərliyə getmək arzusundadır

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir V.İmanov/

"Eurovision-2012" mahnı müsabiqəsinin almaniyalı təmsilçisi Roman Lob Bakıda dünya musiqiçiləri ilə görüş anını səbirsizliklə gözləyir.

"Bu, böyük hissdir və çox xoşbəxtəm. Müsabiqədə iştirak mənim üçün çox şey deməkdir. Bütün bunlar həqiqətən cəlbedicidir", - şənbə günü Trend-ə müsahibəsində Lob bildirib.

Onun sözlərinə görə, "Unser Ulduz für Bakı" Almaniya teleşousunda iştirakdan çoxlu təəssüratları qalıb. Teleşouda Bakıya gedəcək iştirakçının seçimi aparılıb.

"Mən buna inana bilmirdim. Bu anda heç nə düşünmürdüm", - müğənni qeyd edib.

Bakıda ifa edəcəyi mahnısı barədə danışan Lob etiraf edib ki, "Standing Still" ("Hərəkətsiz") mahnısını ilk saniyələrdən sevib.

"Mahnını Ceymi Kallum yazıb. Mahnı ayrılan cütlük haqqındadır. Oğlan sevdiyi qızın onu tərk etməsi ilə barışmalıdır", - o deyib.

Lobun sözlərinə görə, Bakıdakı müsabiqədə digər mədəniyyətlər və yeni insanlarla tanış olmağı səbirsizliklə gözləyir.

Müğənni bildirib ki, çıxışı hələ sona qədər hazırlanmayıb, lakin bunun olduqca adi nömrə olacağı güman edilir.

Lobun sözlərinə görə, indiyə qədər "Eurovision"da səslənən ən sevdiyi mahnı müsabiqənin qalibi Lenanın "Satellite" mahnısıdır.

O, Bakıya gəlişi zamanı Azərbaycan və xalqı haqqında daha çox öyrənmək və əlbəttə ki, çimərliyə getmək niyyətindədir.

Almaniyanın "Eurovision" təmsilçisi fevralın 17-də müəyyənləşib. Milli seçim turunun jüriləri Roman Lobun adını açıqlayıblar. Maraqlıdır ki, musiqi Lobun əsas peşəsi deyil.

Roman Noyştadt (Reynland-Pfalts federal torpağı) şəhərindəndir. 1990-cı il iyulun 2-də anadan olub. Onun əsas peşəsi mexanikdir. Lob "Eurovision 2012"-də televiziya tamaşaçılarının da seçdiyi "Standing Still" ("Hərəkətsiz") mahnısını ifa edəcək.

Xəbər lenti

Xəbər lenti