...

Fransa təmsilçisi "Eurovision 2012" səhnəsində dəfilə nümayiş etdirəcək

Mədəniyyət Materials 23 Mart 2012 10:27 (UTC +04:00)
Fransanın "Eurovision 2012" təmsilçisi Anqunun (Anggun) Bakı səhnəsində çıxışının detalları məlum olub.
Fransa təmsilçisi "Eurovision 2012" səhnəsində dəfilə nümayiş etdirəcək

Azərbaycan, Bakı, 23 mart /Trend/

Fransanın "Eurovision 2012" təmsilçisi Anqunun (Anggun) Bakı səhnəsində çıxışının detalları məlum olub.

Trend-in məlumatına görə, ölkənin müsabiqə üzrə nümayəndə heyətinin rəhbəri Bruno Berberes eurovision.az saytına açıqlamasında bildirib ki, Anqun çox ekzotik, gözəl və işində peşəkar olduğu üçün təmsilçilik hüququ məhz ona verilib. Berberes əslən indoneziyalı olan Anqunun hazırda öz vətənində olduğunu deyib.

"Anqun hazırda İndoneziyadadır. Onu da bildirmək istərdim ki, Türkiyə, Macarıstan və İndoneziyada Anqun Ledi Gaga kimi məşhurdur. Biz istədik ki, Eurovision səhnəsində yenilik olsun, ona görə də Anqunu seçdik. Onun mahnısı və şousu bu müsabiqə üçün yenilik olacaq. Eurovision səhnəsində avropalılara sürpriz hazırlayırıq", - o bildirib.

Fransa nümayəndə heyətinin rəhbəri müsabiqədə birincilikdən daha çox yadda qalmaq arzusunda olduqlarını da bildirib. Bruno Berberes Anqunun Bakı səhnəsində dəfilə göstərəcəyini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti