Azərbaycan, Bakı, 12 aprel /Trend/
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı ölkəmizə gələcək turistlərə hotel seçimində yardım edəcək sistem təklif olunub.
Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, bu sistemə daxil olan turistlərə müvafiq holel nömrələrinini seçərək sifariş etmək imkanı yaradılır.
Turistlər hotel sifarisi linkinə eurovision.az saytında yerləşdirilmiş banerdən keçə bilərlər.