...

Azərbaycanın "Eurovision 2012" mahnısının iki yeni versiyası hazırlanıb (VİDEO)

Mədəniyyət Materials 13 Aprel 2012 17:46 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi "When The Music Dies" balladasının iki yeni versiyası təqdim edilib.
Azərbaycanın "Eurovision 2012" mahnısının iki yeni versiyası hazırlanıb (VİDEO)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi "When The Music Dies" balladasının iki yeni versiyası təqdim edilib.

Trend cümə günü www.eurovision.az saytına istinadən xəbər verir ki, akustik versiyadakı flaminqo musiqisinə uyğun məqamlar mahnıya yeni rəng qatır. Akustik versiyasını iki gitara müşayiət edir.

"Eurovision 2012 təmsilçimiz" Səbinə Babayeva akustik versiyanın sadəliyi ilə gözəl olduğunu bildirib. "Mahnı öz-özlüyündə çox söz deyir. Mən bu versiyadakı hər səsi sevirəm. O, çox gözəldir və həyatımızdakı ən vacib hissi - sevgini kəşf etməyə kömək edir", - o deyib.

Səbinə Babayeva bununla yanaşı, mahnının Azərbaycan versiyası üzərində də işləyib. Müğənni "Eurovision" mahnısını ilk dəfə eşitdiyi andan bu barədə düşündüyünü deyir. Azərbaycan versiyasının sözlərinin müəllifi Teymur Məmmədovdur.

"Mahnıda kədər, sevinc, ümid və inam hissləri hamısı birgə tərənnüm edilir. Ümid heç bir zaman ölmür, bizi yaşadır və inandırır. Mahnının hər bir kəlməsinin Azərbaycan dilində çatdırılmasını istədik", - Babayeva əlavə edib.

Qeyd edək ki, bir neçə həftədən sonra "When The Music Dies" mahnısının yeni caz versiyasının təqdimatı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti