...

Engelbert Hamperdink "Eurovision" müsabiqəsini Böyük Britaniyaya aparmaq istəyir

Mədəniyyət Materials 17 Aprel 2012 20:09 (UTC +04:00)
Böyük Britaniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək Engelbert Hamperdink builki müsabiqədə böyük uğura imza atacağına inanır.
Engelbert Hamperdink "Eurovision" müsabiqəsini Böyük Britaniyaya aparmaq istəyir

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Böyük Britaniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək Engelbert Hamperdink builki müsabiqədə böyük uğura imza atacağına inanır.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Engelbert 57-ci dəfə keçiriləcək "Eurovision" mahnı müsabiqəsini zəngin tarixə malik möhtəşəm tədbir adlandırıb. "Mən 1969-cu ildə Lulunun, 1974-cü ildə "ABBA"nın və 1976-cı ildə "Brotherhood of Man" qrupunun qalibiyyətini xatırlayıram. Böyük Britaniyanın 1997-ci ildə əldə etdiyi birincilik sonuncu qalibiyyətimiz idi. Mən bu uğuru təkrarlamağa çalışacağam", - Hamperdink bildirib.

Konsertlərində qrupu ilə birgə canlı çıxış edən Böyük Britaniya təmsilçisi "Eurovision 2012"-də onunla bərabər gitara ifaçısı Ceyms Brayanın da səhnəyə çıxacağını qeyd edib. Səhnə performansının bu məqamını açıqlayan Böyük Britaniya təmsilçisi, digər məqamları sirr saxlamağa üstünlük verib.

Bakıdakı şoudan da danışan Engelbert Hamberdink "Eurovision 2012"-də Rusiya təmsilçiləri "Buranovskiye babuşki"ni bəyəndiyini açıqlayıb. Engelbert düşünür ki, Bakıda çox qızğın mübarizə yaşanacaq.

Hamperdink Avropadakı bütün pərəstişkarlarına təşəkkür edib. "Ümidvaram ki, mənə dəstək olacaqsınız. Müsabiqəni Böyük Britaniyaya aparmaq istəyirəm..." - o deyib.

Xəbər lenti

Xəbər lenti