...

"Avropa Avropa" teleserialı Bakıda çəkilişlərə başlayacaq

Mədəniyyət Materials 23 Aprel 2012 13:44 (UTC +04:00)
TRT1-in ən çox sevilən teleserialı olan "Avropa Avropa"nın çəkiliş qrupu Bakıda çəkilişlərə başlayacaq.
"Avropa Avropa" teleserialı Bakıda çəkilişlərə başlayacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

TRT1-in ən çox sevilən teleserialı olan "Avropa Avropa"nın çəkiliş qrupu Bakıda çəkilişlərə başlayacaq. Bu barədə Trend-ə TRT-nin Bakı nümayəndəliyindən məlumat verilib.

"TRT "Səyyah" proqramından sonra "Avropa Avropa"nın da çəkiliş qrupunu Azərbaycana gətirdi", - məlumatda deyilir.

TRT-nin Bakı nümayəndəsi Yüksel Deyercan telekanal üçün Azərbaycanın son dərəcə əhəmiyyətli olduğunu vurğulayaraq, artıq TRT tamaşaçılarının Azərbaycan mədəniyyətini, incəsənətini, gözəlliklərini daha yaxından tanıyacağını bildirib.

Serialın çəkilişində Azərbaycandan olan, hələ ki adı açıqlanmayan aktyor da yer alacaq.

"Avropa Avropa"nın çəkiliş qrupu aprelin 29-da Bakıda olacaq. Serialın çəkilişlərinə aprelin 30-da başlanacaq və 2 gün davam edəcək.

Həmin gün saat 18:00-da Park Bulvarda imza günü təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti