Azərbaycan, Bakı, 9 may /Trend/
"Eurovision 2012" mahnı müsabiqəsinin bəzi təmsilçiləri may ayında doğulub. Bu tarix həmin müğənnilərin həyatında "Eurovision" müsabiqəsinin Bakıda keçiriləcəyi günlərlə üst-üstə düşəcək.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, bu sırada doğum gününü ilk qeyd edəcək müğənni Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou olacaq. Yunan təmsilçinin ad günü mayın 12-dədir. Türkiyə təmsilçisi Can Bonomo mayın 16-sı, Estoniya təmsiçisi Ott Lepland isə mayın 17-də dünyaya gəlib.
Şou iştirakçıları arasında doğum günü müsabiqənin finalına təsadüf edən də var. Finala keçsə, Norveç təmsilçisi Tooji mayın 26-da ad gününü elə "Bakı Kristal Zalı"nın səhnəsində qeyd edəcək.