Azərbaycan, Bakı, 18 may /Trend/
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ana olub. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən məlumat verir.
Aktyor Tolqa Karel ilə ailəli olan Musayeva oğluna Cahangir Can adını verib.
Menecer Selin Boronkay cütlüyün xəstəxanada çəkilmiş şəkillərini "Twitter"ə yükləyib.
Körpənin çəkisinin 3 kiloqram olduğu bildirilir.