...

Fransanın “Eurovision 2012” təmsilçiləri mətbuat konfransında akrobat rəqsi nümayiş etdirib (FOTO)

Mədəniyyət Materials 19 May 2012 20:28 (UTC +04:00)
Fransanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Anqqunu müşayət edən rəqs qrupunun üzvləri “Bakı Kristal Zalı”nın mətbuat mərkəzində akrobat rəqsi nümayiş etdirib.
Fransanın “Eurovision 2012” təmsilçiləri mətbuat konfransında akrobat rəqsi nümayiş etdirib (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Fransanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Anqqunu müşayət edən rəqs qrupunun üzvləri "Bakı Kristal Zalı"nın mətbuat mərkəzində akrobat rəqsi nümayiş etdirib.

Trend-in məlumatına görə, Anqqunun "Bakı Kristal Zalı"nda keçirdiyi ilk məşqdən sonra keçirdiyi mətbuat konfransındakı bu rəqs yerli və xarici jurnalistlərin böyük marağına səbəb olub.

Anqqun həmçinin jurnalistlərə öz təsüratlarını bölüşüb, onların suallarını cavablandırıb.

Bakıya ilk səfərinin olduğunu qeyd edən müğənni hələ Bakının çox yerlərini görməyə imkanı olmadığını deyib. Azərbaycana hələ çoxdan gəlmək istədiyini bildirən müğənni Azərbaycana gəlməzdən öncə ölkə haqqında oxuduğunu deyib.

O, şərq tarixində 1918-ci ildə ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verildiyini də xatırladıb.

Xəbər lenti

Xəbər lenti