...

89 il əvvəl çəkilmiş "Qız Qalası dastanı" filmi bərpa edilib

Mədəniyyət Materials 24 May 2012 17:44 (UTC +04:00)
1923-cü ildə Bakıda çəkilmiş "Qız Qalası dastanı" filmi bərpa edilib.
89 il əvvəl çəkilmiş "Qız Qalası dastanı" filmi bərpa edilib

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/

1923-cü ildə Bakıda çəkilmiş "Qız Qalası dastanı" filmi bərpa edilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu, doxsan illiyini gələn il qeyd edəcək "Azərbaycanfilm"in ilk filmidir. Yaxın gələcəkdə Bakıda simfonik orkestrin müşayiəti ilə filmin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa edilmiş filmə orijinal musiqi bəstələnib.

Xəbər lenti

Xəbər lenti