...

Azərbaycanda inquşetiyalı rəssamın əsərləri nümayiş olunacaq

Mədəniyyət Materials 28 Avqust 2012 15:45 (UTC +04:00)
İnquş rəssam İlyas Qadiyev Azərbaycanda fərdi sərgidə əsərlərini nümayiş etdirməyi planlaşdırır.
Azərbaycanda inquşetiyalı rəssamın əsərləri nümayiş olunacaq

Azərbaycan, Bakı, 28 avqust /Trend/

İnquş rəssam İlyas Qadiyev Azərbaycanda fərdi sərgidə əsərlərini nümayiş etdirməyi planlaşdırır. Bu barədə Trend Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir.

"Mən Azərbaycanda fərdi sərgi açmaqdan başlamaq istərdim. Sərgi 2012-ci ilin dekabr ayına nəzərdə tutulub", - rəssam İnquşetiya Respublikasının Baş nazirinin birinci müavini Bekxan Ozdayevlə görüşdə qeyd edib.

Qadiyevin sözlərinə görə, sərgidə 70-dən çox yeni əsər nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti