...

Xurşudbanu Natəvanın indiyədək heç kəsə məlum olmayan şeirləri tapılıb

Mədəniyyət Materials 30 Avqust 2012 15:58 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu 19-cu əsrin tanınmış ictimai xadimi, şairəsi, Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi Xurşudbanu Natəvanın indiyədək heç kəsə məlum olmayan iki şeirini aşkar edib.
Xurşudbanu Natəvanın indiyədək heç kəsə məlum olmayan şeirləri tapılıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu 19-cu əsrin tanınmış ictimai xadimi, şairəsi, Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi Xurşudbanu Natəvanın indiyədək heç kəsə məlum olmayan iki şeirini aşkar edib.

İnstitutun direktor əvəzi Paşa Kərimov cümə axşamı Trend-ə deyib ki, institut apardığı tədqiqatlar nəticəsində 1928-ci ildə çap edilmiş, redaktoru və ön söz müəllifi Hənəfi Zeynallının olduğu göstərilən, amma hansısa səbəbdən müəllifinin adı qeyd edilməyən "Xurşudbanu Natəvan" adlı kitabın geniş əlyazma variantını tapıb. Məlum olub ki, bu əsərin müəllifi repressiya qurbanı olmuş Əlabbas Müznibdir. O, burada Natəvanın həyat və yaradıcılığına dair materialları, şeirlərini, şeirlərinə yazılmış nəzirələri, Natəvana həsr olunmuş şeirləri toplayıb. Amma bu kitabı ikinci dəfə çap edə bilməyib.

Kərimov bildirib ki, həmin şeirlər toplusunda Natəvanın indiyədək heç bir şerlər toplusuna daxil edilməyən iki şeirinə rast gəlinib. Bu şeirlərdən biri "And verirəm" adlanır, digəri isə "Zeynəb" rədifli şeirdir. Hər iki şerin sonunda Xurşudbanu Natəvan öz təxəllüsü ilə yazdıqlarının ona məxsus olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti