...

İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Mədəniyyət Materials 16 Oktyabr 2012 16:38 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün ölkəmizə səfərə gələn İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün ölkəmizə səfərə gələn İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə mədəniyyət və mədəni irs sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Hüseyni İran dövlətinin Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsində maraqlı olduğunu, Azərbaycan xalqı ilə İran xalqı arasında tarixi-mədəni yaxınlığın iki dövlət arasında münasibətlərin dərinləşməsində olduqca mühüm rol oynadığını qeyd edib.

Söhbət əsnasında hər iki ölkədə keçirilmiş qarşılıqlı mədəniyyət günlərinin əhəmiyyəti vurğulanıb, mədəni irs sahəsində birgə layihələrin həyata keçirilməsi barədə təkliflər irəli sürülüb. Belə ki, 2013-cü ildə İranda Azərbaycan Mədəniyyət Günlərinin, Azərbaycanda İran Mədəniyyət Günlərinin, həmçinin ölkəmizdə İran Mədəniyyət Həftəsinin keçirilməsi barədə razılıq əldə olunub.

Görüşün sonunda nazir Seyid Məhəmməd Hüseyni öz həmkarı Əbülfəs Qarayevə görüşə görə öz təşəkkürünü bildirib və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti