...

Bakıda Nato Eristavinin sərgisi açılıb: "Mən Azərbaycana gürcülərin təbəssümünü gətirdim" (FOTO)

Mədəniyyət Materials 27 Oktyabr 2012 14:35 (UTC +04:00)
"Mənə Bakıda sərgi açmağı təklif edəndə çox sevindim və böyük həvəslə işləməyə başladım. Bakı mənim üçün böyük əhəmiyyət kəsb edir, bura ən çox sevdiyim şəhərlərdən biridir", - Trend-in məlumatına görə, xanım Eristavi sərginin açılışında deyib.
Bakıda Nato Eristavinin sərgisi açılıb: "Mən Azərbaycana gürcülərin təbəssümünü gətirdim" (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir C.Babayeva/

Bakıda "Art Garden" qalereyasında Gürcüstan rəssamı Nato Eristavinin fərdi sərgisi açılıb.

"Mənə Bakıda sərgi açmağı təklif edəndə çox sevindim və böyük həvəslə işləməyə başladım. Bakı mənim üçün böyük əhəmiyyət kəsb edir, bura ən çox sevdiyim şəhərlərdən biridir", - Trend-in məlumatına görə, xanım Eristavi sərginin açılışında deyib.

Onun sözlərinə görə, sərgidə daha çox özünün Azərbaycan xalqına qarşı münasibətinin əks olunduğu keramikadan ibarət ekspozisiya təqdim etmək istəyib.

"Belə bir əfsanə var ki, güzgü insanların emosiyasını əks etdirir, sonra isə bu emosiya güzgüyə baxan növbəti insana keçir. Qərara aldım ki, bu konsepsiya üzrə ilk sərgi Gürcüstanda keçiriləcək və sərgiyə gürcülərin təbəssümünü əks etdirən Gürcüstan ictimaiyyətini dəvət etdim. Onlar bu güzgülərdə qalıb və mən bu xeyirxahlığı, emosiyaları Azərbaycana gətirdim, - rəssam qeyd edib. - Ümid edirəm ki, işlər xoşunuza gələcək, çünki onlar xüsusilə Azərbaycan üçün hazırlanıb".

Sərgi noyabrın 3-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti