...

Tbilisidə Azərbaycan filmi nümayiş etdiriləcək (FOTO)

Mədəniyyət Materials 29 Oktyabr 2012 17:53 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın tanınmış kinorejissoru Rasim Ocaqovun "Ad günü" filminə baxış keçiriləcək.
Tbilisidə Azərbaycan filmi nümayiş etdiriləcək (FOTO)

Gürcüstan, Tbilisi, 29 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın tanınmış kinorejissoru Rasim Ocaqovun "Ad günü" filminə baxış keçiriləcək.

Qeyd edək ki, filmdə baş rollardan birini gürcü aktyor David Uplisaşvili oynayıb.

"Tbilisi intermedia" şirkətindən Trend-ə verilən məlumata görə, Azərbaycan səfirliyinin dəstəyi ilə filmə baxış noyabrın 2-də baş tutacaq. Tədbiri Azərbaycan səfiri açıq elan edəcək, film haqqında isə Gürcüstan və Azərbaycan kinematoqrafçıları bəhs edəcəklər.

Həmçinin, "Azərbaycan kinosunda Gürcüstan aktyorları" fotosərgisi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti