...

"Uzun sürən müharibənin əks-sədası" adlı fotosərgi təşkil olunacaq

Mədəniyyət Materials 12 Noyabr 2012 16:51 (UTC +04:00)
Bakıda Muzey Mərkəzində Çelyabinskdən olan fotoqraf-rəssam Vladimir İvanoviç Boqdanovskinin "İpək yolu dostluğu" və Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin foto əsərlərindən ibarət "Uzun sürən müharibənin əks-sədası" adlı fotosərgi təşkil olunacaq.
"Uzun sürən müharibənin əks-sədası" adlı fotosərgi təşkil olunacaq

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabr ayının 13-dən 16-dək Bakıda Muzey Mərkəzində Çelyabinskdən olan fotoqraf-rəssam Vladimir İvanoviç Boqdanovskinin "İpək yolu dostluğu" və Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin foto əsərlərindən ibarət "Uzun sürən müharibənin əks-sədası" adlı fotosərgi təşkil olunacaq.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, sərgi "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Çelyabinsk vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında" sazişlə təsdiq olunmuş 2012-2017-ci illər üzrə Tədbirlər Planına uyğun olaraq keçiriləcək.

Sərgidə V.İ.Boqdanovskinin 2011-ci ildə Azərbaycanda olarkən fotolentə aldığı Azərbaycanın tarix və mədəniyyətinə, adət və ənənələrinə, müasir inkişafına həsr olunmuş fotoşəkilləri və Azərbaycan Foroqraflar Birliyinin üzvlərinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş fotoları nümayiş etdiriləcək.

Sərginin açılış mərasimi noyabrın 13-də saat 18:00-da Muzey Mərkəzində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti