...

Bakıda İsrail Film Festivalı keçirilir

Mədəniyyət Materials 12 Noyabr 2012 19:41 (UTC +04:00)
Trend-in məlumatına görə, Azərbaycan Xarici Dillər Universiteti yanında İsrail Tədris Mərkəzi və İsrail səfirliyinin təşkil etdiyi festival iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr edilib.
Bakıda İsrail Film Festivalı keçirilir

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bakıda İsrail Film Festivalı keçirilir.

Trend-in məlumatına görə, Azərbaycan Xarici Dillər Universiteti yanında İsrail Tədris Mərkəzi və İsrail səfirliyinin təşkil etdiyi festival iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr edilib.

Festival çərçivəsində ali məktəb tələbələri İsrail kinematoqrafiyası ilə tanış olmaq imkanı əldə edəcəklər.

"Azərbaycan və İsrail arasında mədəniyyət sahəsində yaxşı münasibətlər var və mən yeni səfir kimi bu əlaqələrin gələcəkdə də inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm", - səfir Rafael Harpaz bildirib.

Diplomat hesab edir ki, ümumilikdə iki ölkə arasında münasibətlər yaxşı səviyyədədir və əlaqələrin inkişafı üçün xeyli imkanlar mövcuddur. İsrail səfiri prioritet sahələr qismində iqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə də enerji, informasiya texnologiyalarının və s. adını çəkib.

"Ölkələrimiz arasında yaxşı siyasi dilaloq mövcuddur və bizim ölkəmiz dialoqu bundan sonra da davam etdirməyə hazırdır", - səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti