...

Bakıda erməni plagiatı haqqında "Üç nöqtə" filmi və "Azərbaycan mətbəxi" kitabının təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 15 Yanvar 2013 18:54 (UTC +04:00)
Bakıda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində ermənilərin Azərbaycan milli mətbəxi və tarixi həqiqətlərinin plagiatlığı ilə məşğul olmasına həsr edilmiş "Üç nöqtə" sənədli filminin təqdimatı keçirilib.
Bakıda erməni plagiatı haqqında "Üç nöqtə" filmi və "Azərbaycan mətbəxi" kitabının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir V.İmanov/

Bakıda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində ermənilərin Azərbaycan milli mətbəxi və tarixi həqiqətlərinin plagiatlığı ilə məşğul olmasına həsr edilmiş "Üç nöqtə" sənədli filminin təqdimatı keçirilib. Trend-in məlumatına görə, film MTN və "Azad Azərbaycan" teleradio şirkətinin birgə layihəsidir.

Tədbirdə, həmçinin "Azərbaycan mətbəxi" kitabının təqdimatı olub. Kitaba milli xörəklərin adlarının etimologiyası və hazırlanma reseptləri daxil edilib. Tədbirdə görkəmli ictimai xadimlər, mədəniyyət və diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Milli Təhlükəsizlik Naziri Xidmətinin rəhbəri general-mayor Fərhad Vahabov çıxışında bildirib ki, ermənilər nəinki Azərbaycan torpaqlarını işğal ediblər, həmçinin işğal olunmuş ərazilərdə tarixi və mədəni abidələri məhv edirlər, toponimləri dəyişdirirlər, Azərbaycanın milli dəyərlərini (folklor, kulinariya, musiqi) mənimsəyərək onları dünya ictimaiyyətinə özününkü kimi təqdim edirlər.

Vahabov qeyd edib ki, MTN, Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər müvafiq strukturlar tərəfindən bu hala qarşı ciddi mübarizə aparılır.

Onun sözlərinə görə, milli dəyərlərin təbliğatı və inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolu var.

"Azad Azərbaycan" teleradio şirkətinin rəhbəri Vüqar Qaradağlı çıxışında deyib ki, layihə ermənilərin Azərbaycan milli mətbəxini və tarixi həqiqətlərini özünküləşdirmələrinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa yönəlib. Film rus və ingilis dillərinə də tərcümə edilib.

Filmin rejissoru Günel Mehri layihənin həyata keçirilməsində göstərdiyi köməyə görə MTN və "Azad Azərbaycan" şirkətinə təşəkkürünü bildirib və filmin yaradıcı kollektivini səhnəyə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti