...

Minadan zərərçəkənlər dövlət büdcəsi hesabına tibbi yardımla təmin olunacaqlar

Cəmiyyət Materials 30 Dekabr 2025 12:05 (UTC +04:00)
Minadan zərərçəkənlər dövlət büdcəsi hesabına tibbi yardımla təmin olunacaqlar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları genişləndiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına ("Tibbi sığorta haqqında" Qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.

Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti