...

Orta Dəhliz fintexin sərhədlərarası inkişafına təkan verə bilər - AİB

Dünya xəbərləri Materials 30 Dekabr 2025 12:36 (UTC +04:00)
Orta Dəhliz fintexin sərhədlərarası inkişafına təkan verə bilər - AİB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İnkişaf etmiş Orta Dəhliz beynəlxalq səviyyədə fintexin artımını stimullaşdırmağa, ticarət axınlarını genişləndirməyə və iqtisadi inteqrasiyanı dərinləşdirməyə qadirdir.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) son hesabatında qeyd olunub.

“Dəhlizin rəqəmsallaşdırılması üçün sərhədlərarası məlumat mübadiləsi və rəqəmsal infrastruktura idarəetmə mexanizmləri, vaxtlı-vaxtında əlaqələndirmə və sektorlararası yanaşma ilə müşayiət olunmalıdır. Lisenziyaların qarşılıqlı tanınması faydalı olacaq və “mBridge” və “Aperta” layihələrində tətbiq olunan yanaşma ilə birləşdirilə bilər. Bu layihələr sərhədlərarası ticarətin maliyyələşdirilməsi və açıq bankçılığa (Gürcüstanın iştirakı ilə) yönəlib,” – AİB hesabatında qeyd olunur.

Bankın analitikləri bildirirlər ki, Orta Dəhliz ölkələri – Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Türkiyə arasında fintex əsaslı əməkdaşlıq CAREC (Mərkəzi Asiya Ölkələrinin Regional İqtisadi Əməkdaşlığı) çərçivəsində daha geniş perspektivli yanaşmanın bir hissəsi olaraq yeni maliyyə infrastrukturuna çevrilə bilər.

“Orta Dəhliz konsepsiyası regiondakı digər ölkələr üçün maraqlı fintex təklifinə çevrilə bilər. Orta Dəhliz boyunca fintex əsaslı regional əməkdaşlıq potensialı hətta sərhədlərarası fintex əməkdaşlığının real faydasına şübhə ilə yanaşanlar üçün belə maraqlı ola bilər. Orta Dəhlizin yol xəritəsi çərçivəsində fintex imkanlarının və tədbirlərin müəyyən edilməsi sərhədlərarası "sandbox"un yaradılması, regional hakimiyyət orqanlarının daha geniş dairəsinin cəlb edilməsi və müvafiq regional forumlar vasitəsilə açıq bankçılığın ümumi prinsiplərinin təşviqi üçün başlanğıc nöqtəsi ola bilər.”

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti