Bakı.Trend:
Abşeron və Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar.
Trend-in məlumatına görə, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir nəfər polisə müraciət edərək “Tofaş” markalı nəqliyyat vasitəsindən naməlum şəraitdə 900 manat dəyərində maqnitofon, səsgücləndirici və mobil telefonun talanmasını bildirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı T.Namazov və 32 yaşlı E.Balayev müəyyən olunaraq saxlanılıb.
Yasamal rayonunda isə bir nəfərə məxsus 400 manat dəyərində skuter oğurlayan əvvəllər məhkum olunmuş N.Qasımov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
