Bakı. Trend:
Ödənişsiz psixoloji yardım almaq hüququ olan şəxslərin əhatə dairəsi genişləndirilir.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar clasında müzakirə olunan "Psixoloji yardım haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq zərərçəkmişlərin ödənişsiz psixoloji yardım almaq hüququ olacaq.
Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
