...

İstanbulda İŞİD-lə əlaqəli kütləvi həbslərə başlanıb - 110 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 30 Dekabr 2025 10:32 (UTC +04:00)
İstanbulda İŞİD-lə əlaqəli kütləvi həbslərə başlanıb - 110 nəfər saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə (Yalova vilayətində) bir gün əvvəl baş vermiş və polis zabitlərinin ölümü ilə nəticələnmiş silahlı toqquşmadan sonra ölkənin hüquq mühafizə orqanlarının İstanbulda keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İŞİD üzvü olmaqda şübhəli bilinən 110 nəfər saxlanılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bundan əvvəl Ankarada 17 nəfərin oxşar ittihamlarla saxlanıldığını, onlardan 11-nin xarici ölkə vətəndaşları olduğu bildirilirdi.

İstanbul prokurorluğunun məlumatına görə, saxlanılanlardan azı 41-i bazar ertəsi Yalovada polisə silahlı müqavimət göstərmiş İŞİD terrorçuları ilə əlaqəli ola bilər. Həmin çaxnaşmada 3 polis zabiti şəhid olub, səkkiz nəfər yaralanıb. Silahlı toqquşmada iştirak edən altı ekstrimist isə məhv edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti