...

Sərnişin taksi sürücüsünün marketə getməsini fürsət bilib avtomobildən oğurluq edib

Hadisə Materials 30 Dekabr 2025 13:34 (UTC +04:00)
Sərnişin taksi sürücüsünün marketə getməsini fürsət bilib avtomobildən oğurluq edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib. Ələt qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mitsubishi” markalı avtomobilindən 1060 manat pulu talanıb. Bu barədə zərərçəkmiş polis orqanına məlumat verib.

Trend-in məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 24 yaşlı R.Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun sərnişin qismində taksiyə əyləşdiyi və yolda sürücünün avtomobili saxlayıb marketə getməsindən sui-istifadə edərək saxlanc yerində olan pul kisəsindən oğurluq etdiyi məlum olub.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Lökbatan qəsəbəsində yerləşən mağazaların birindən müxtəlif tarixlərdə oğurluq etməkdə şübhəli bilinən 24 yaşlı F.Babaxanov da müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti