...

Bayram günlərinin kosmik hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 30 Dekabr 2025 12:27 (UTC +04:00)
Bayram günlərinin kosmik hava proqnozu açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bayram günlərinin kosmik hava proqnozu açıqlanıb.

Trend Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasına istinadla xəbər verir ki, hazırda Günəş aktivliyi orta səviyyədədir.

Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Mövcud koronoqraf görüntülərində Yerə yönəlmiş tac kütlə atılması müşahidə edilməyib. Digər sinif alışmaların olma ehtimalı çox azdır.

Geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı dekabrın 31-i, yanvarın 1-7-də aşağı səviyyədə - 1-4 intervalında olacaq. Bu da geomaqnit sahənin fon səviyyəsində olacağını göstər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti