...

"Əl-İttihad" Mərakeş millisinin hücumçusunu transfer edəcək

İdman Materials 30 Dekabr 2025 15:00 (UTC +04:00)

Bakı. Trend:

Mərakeş millisinin və “Olimpiakos”un hücumçusu Ayoub El Kaabi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı forvardın xidmətində “Əl-İttihad” maraqlıdır.

El Kaabinin qış “transfer pəncərəsi” zamanı Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır. Onun “Olimpiakos”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, bu mövsüm 14 matçda 12 qol vurub və 1 asist edib.

Mərakeşli futbolçu “Rasin Kasablanka”, “Berkane”, “Hebey”, “Vidad”, “Hatayspor”, “Əl-Sədd” klublarında oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti