...

Ukrayna 2026-cı il üçün ABŞ-nin humanitar yardım alıcıları siyahısına salınıb

Dünya xəbərləri Materials 30 Dekabr 2025 05:38 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna ABŞ tərəfindən 2026-cı ildə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinə ayrılacaq 2 milyard dollar həcmində humanitar yardımın nəzərdə tutulduğu ölkələr arasında yer alıb.

Trend xəbər verir ki, bu məlumat idarənin açıqladığı rəsmi siyahıda əks olunub.

Məlumata görə, Ukrayna ilə yanaşı, Suriya, Banqladeş, Cənubi Sudan və Efiopiya daxil olmaqla ümumilikdə 16 ölkə yardım alacaq. Fələstin isə siyahıya daxil edilməyib. Ayrılan vəsaitin bir hissəsi BMT-nin Fövqəladə Hallara Qarşı Mərkəzi Cavab Fondu (CERF) üçün də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti