...

Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Cəmiyyət Materials 30 Dekabr 2025 09:23 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, dekabrın 30-da saat 01 radələrində Qax rayonu ərazisində “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti