Bakı. Trend:
31 dekabr-2 yanvar tarixlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında
Dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi
əsəcək, sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək
güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti
olacaq.
Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi
əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın
temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq.
Yanvarın 2-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək
güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti
olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və
Şərurda
31 dekabr tarixində hava şəraitinin əsasən yağmursuz olacağı,
lakin 31-i axşamdan yanvarın 2-si səhərədək arabir yağıntılı
olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb
küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 0-5°
isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı
var.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin
Daşkəsən-Gədəbəy, Göygöldə
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan
yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı, qar
yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə
arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 2°
şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi yolların buz
bağlaması ehtimalı var.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın,
Zəngilanda
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam
dağlıq ərazilərdən başlayaraq yanvarın 2-si axşamadək bəzi yerlərdə
yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 2-7, dağlıq ərazilərdə 10-13° şaxta, gündüz 0-5 dərəcə isti,
dağlıq ərazilərdə 3°-dək şaxta olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz,
Naftalanda
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan
yanvarın 2-si gündüzədək dağlıq ərazilərdən başlayaraq bəzi
yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir
duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 1-6° şaxta, gündüz 4-7° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,
Qusarda
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam
dağlıq ərazilərdən başlayaraq yanvarın 2-si axşamadək bəzi yerlərdə
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman
olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 2-7° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 7-10°
şaxta, yüksək dağlıq ərazilərdə 11-15° şaxta, gündüz 3° şaxtadan,
2°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların
buz bağlaması ehtimalı var.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan,
Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan,
Hacıqabul, Zərdab, Salyan, Neftçalada
Hava şəraitinin dekabrın 31-də əsasən yağmursuz keçəcəyi, lakin
yanvarın 1-i axşamdan yanvarın 2-si axşamadək bəzi yerlərdə arabir
yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Arabir duman
olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 1-6° şaxta, bəzi yerlərdə 2°-dək isti, gündüz
6-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar,
Cəlilabadda
Hava şəraitinin dekabrın 31-də əsasən yağmursuz keçəcəyi, lakin 1-i axşamdan yanvarın 2-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-3° isti olacaq.
