...

Dələduzluqda ittiham olunan hərbçinin məhhkəməsi keçirilib

Cəmiyyət Materials 30 Dekabr 2025 13:37 (UTC +04:00)
Dələduzluqda ittiham olunan hərbçinin məhhkəməsi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin baxış iclası 8 yanvarda keçiriləcək.

Təqsirləndirlən Bəşir Bəşirov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti