...

Ramos Avropaya qayıtmağa yaxındır

İdman Materials 30 Dekabr 2025 09:49 (UTC +04:00)

Bakı. Trend:

İspaniya millisinin və “Real”ının sabiq müdafiəçisi Serxio Ramos yenidən Avropada çıxış etməyə yaxındır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçunun xidmətində Fransanın “Nitsa” klubu maraqlıdır. Bildirilib ki, tərəflər arasında danışıqlar davam edir.

“Nitsa” mərkəz müdafiəçisi mövqeyini gücləndirmək üçün Ramosu ciddi namizəd kimi dəyərləndirir. Futbolçunun özü də Avropa futboluna qayıtmaq niyyətindədir.

Qeyd edək ki, Serxio Ramosun son klubu Meksika “Monterrey”i olub. O, bu ilin dekabr ayının əvvəlində həmin klubdan ayrılıb.

Həmçinin oyunçu karyerası ərzində "Real", "Sevilya" və PSJ-nin də formasını geyinib.

Xəbər lenti

Xəbər lenti