...

İnfantino futbol təqvimi barədə fikirlərini bölüşüb

İdman Materials 30 Dekabr 2025 03:03 (UTC +04:00)
İnfantino futbol təqvimi barədə fikirlərini bölüşüb

Bakı. Trend:

FİFA prezidenti Canni İnfantino futbol təqvimi barədə fikirlərini bölüşüb.

Trend xəbər verir ki, FİFA rəhbəri həmçinin “əhəmiyyətli” və “mənasız” oyunların ayrılmasının vacibliyini qeyd edib.

“Bəzən futbolun həddindən artıq olduğu barədə mübahisələri eşidəndə… Ola bilsin, dünyanın bəzi bölgələrində futbol həddindən artıqdır, amma digər yerlərdə isə kifayət deyil. Biz klub futbolu ilə milli komandalar futbolu arasında düzgün tarazlığı tapmağa çalışmalıyıq", – deyə İnfantino bildirib.

Xəbər lenti

Xəbər lenti